Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

21 aprel 2016 | 16:00

Aprelin 21-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi  uğrunda  şəhid olmuş   soydaşlarımızın  və vəfat etmiş ağsaqqallarımızın əziz xatirəsini  bir dəqiqəlik sükutla yad etdilər.
Sonra Ağsaqqallar Şurasının 2013-2016-ci illər ərzində gördüyü işlər haqqında hesabat məruzəsi ilə Kürdəmir Rayon Ağsaqqallar Şurasının sədr əvəzi Ayyət Nəsirov çıxış etdi. Məruzəçi qeyd edib ki, Azərbaycanda ağsaqqallar həmişər xalq arasında böyük nüfuza malik olmuşlar. Ağsaqqal sözü insanlar tərəfindən həmişə hörmətlə qarşılanmışdır. Ağsaqqal öz həyat təcrübəsi, təmkini və ağlı ilə el arasında seçilib, həyat üçün mühüm məsələlərin həllində söz sahibi olub. Hər hansı məsələnin həllində yekun qərar, məsləhət ağsaqqaldan gəlib və insanlar ona əməl eləməyi özlərinə borc biliblər.Ağsaqqal eyni zamanda xalqın ən yaxşı adət-ənənələrinin saxlayıcısı, daşıyıcısı və nəsildən-nəslə ötürücüsüdür. Ağsaqqal cəmiyyətdə tərbiyəedici nüfuza malikdir. Müasir cəmiyyətimizdə də yeni nəslin tərbiyyəsi, cəmiyyətin formalaşması, dövlətimizin inkişafı, onun idarə olunması və həyatımızın bütün sahələrində ağsaqqal sözü, ağsaqqal məsləhəti əvəzsiz və istiqamətverici rol oynayır.
Rayon Ağsaqqallar Şurası keçən dövr ərzində rayonun ictimai, siyasi həyatında fəal iştirak etmiş, bir çox məsələlərin həllində yaxından iştirak edərək öz dəyərli təklifləri ilə rayonumuzun əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına köməklik göstərmişlər. Məruzə ətrafında çıxışlar oldu.
Tədbirdə çıxış edən Respublika Ağsaqqallar Şurasının Aparat rəhəbəri Yaqub Mehdiyev öz çıxışına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sözləri ilə başlamışdır: "Yaşlı nəsil milli-mənəvi dəyərlərimizin qızıl fondudur”. Böyük işlər görməzdən əvvəl ağsaqqal məsləhəti və xeyir-duasına hamımız ehtiyac duymuşuq. Vətənin müdafiəsinə yollanan, ailə həyatına qədəm qoyan gənclərimiz, uzun səfərlərə gedən və digər böyük işlərə başlayan insanlar həmişə ağsaqqal xeyir-duasına böyük hörmətlə yanaşmışlar.
Yığıncaqda Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli çıxış edərək Ulu Öndər Heydər Əliyevin siyasətinin ölkəmizdə uğurla davam etdirildiyini, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev daim ağsaqqallara diqqət və qayğı göstərdiyini, Azərbaycan dövləti ağsaqqallara, onların rəy və təkliflərinə böyük hörmətlə yanaşdığını bildirdi. Dövlətimizin başçısı İlham Əliyev rayonlara səfərləri çərçivəsində həmişə ağsaqqallarla görüşür, onlarla fikir mübadiləsi aparır, qayğılarını diqqət mərkəzində saxlayır. 1941-1945-ci illər Böyük vətən müharibəsi və əmək veteranlarına dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Azərbaycanda aparılan quruculuq işlərində ağsaqqallar da öz əməyini əsirgəmir. Gənc nəslin tərbiyəsində, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində ağsaqqalların xüsusi rolu var. Bu gün ölkəmiz sürətlə inkişaf edir. Sürətlə inkişaf edən ölkəmizin qarşısında böyük vəzifələr dayanır. Bu işlərdə cəmiyyət içərisində hörməti, nüfuzu ilə seçilən ağsaqqalların da məsləhətinə ehtiyac duyulur.
Hesabat yığıncağında Rayon Ağsaqqallar Şurasına idarə heyətinin yeni üzvləri, Ayyət Nəsirov Rayon Ağsaqqallar Şurasının İdarə heyyətinin sədri seçildi.

Keçidlər