Şriftin ölçüsü :

Saytın rəngi :

İŞĞALÇI ermənistanı bütün dünyada ifşa etmək üçün SƏS VERİN! Aşağıdakı linkdən istifadə edərək: https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe

15 aprel 2016 | 16:00

Petisiyanı imzalamaq üçün:

1. İstənilən brauzerdən (İnternet Explorer, Google Chrome, Opera və s.) istifadə oluna bilər.
2. Brauzerin yuxarı hissəsindəki elektron ünvan yerində petisiyanın linki https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe yazılmalı və "Enter" düyməsi basılmalıdır.
Petisiyanın linki paylanılan çap materiallarında da (vərəqələr, plakatlar) göstərilib.
3. Açılmış səhifənin sol tərəfində ingilis dilində petisiyanın mətni, aşağı hissəsində verilən səslərin sayğacı, sağ tərəfində isə "Add your name" adlı səsvermə bölməsi yerləşir.
4. Səsvermə bölməsindəki xanalar doldurulmalıdır:
1-ci xana – First Name (səs verənin adı)
2-ci xana – Last Name (səs verənin soyadı)
3-cü xana – Email Address (səs verənin elektron poçt ünvanı (email)
Zip Code (poçt indeksi, Kürdəmir şəhəri üzrə AZ 33 00). Bununla bağlı səs verənləri yaşadıqları ərazinin poçt indeksi barədə məlumatlandırmaq zəruridir.4-cü xana –
5. Qeyd olunan xanaları doldurduqdan sonra “Sign now” yazılı düyməni klik edin (tıklayın).
6. Dərhal elektron poçtunuzu açın, çünki göstərdiyiniz elektron ünvanınıza (email-a) sayt tərəfindən səsinizi təsdiqləmək üçün məktub gələcəkdir.
7. Verdiyiniz səsi təsdiqləmək üçün gələn məktubda mütləq "Confirm....." yazılı linki (keçidi) klik edin (tıklayın).
8. Bundan sonra ekranda “Thank you...” cümləsi olan təşəkkür səhifəsi açılacaq. Deməli, verilən səs hesablanıb.
9. Bununla da səsvermə prosesi başa çatmış hesab olunur.
10. Hər bir səs verən sayt tərəfindən ona göndərilən “Thank you...” cümləsi olan təşəkkür səhifəsinin linkini (elektron ünvanı) brauzerin elektron ünvan yerindən kopyalayıb özünün elektron poçt ünvanından rayon üçün xüsusi açılmış elektron poçta: kurdemir.petisiya@gmail.com  -a göndərməlidir. Məktubun “Mövzu” sətirində səs verənin adı, soyadı, mətn yerində isə “Thank you...” cümləsi olan təşəkkür səhifəsinin linki (elektron ünvanı) verilməlidir.
 

Keçidlər