Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda seminar-müşavirə keçirilib

14 aprel 2016 | 16:00

Aprelin 14-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirədə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli, şöbənin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Maliyyə-təsərrüfat şöbəsinin müdiri Oqtay Hüseynov, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, dini icma sədrləri, ziyalılar, ağsaqqallar, dindarlar və gənclər iştirak ediblər.
Müşavirə iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli bildirib ki, dini sahədə DQİDK-i tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz müsbət təsirini göstərməkdədir. Dövlət başçısı cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamı ilə ölkədə fəaliyyət göstərən dini icmalara maliyyə yardımının ayrılması və bu yardımdan Kürdəmir rayonunda fəaliyyət göstərən icmaların da bəhrələnməsi nəticəsində yüzlərlə dindar düzgün dini biliklər əldə edib və ənənəvi İslam dinini mənimsəyiblər.
DQİDK-nin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, geniş məruzə ilə çıxış edərək bildirib ki, biz maarifləndirmə yolu ilə radikalizmi təbliğ edən ideoloqlara qarşı tutarlı cavab verə bilirik. Bu sahədə dini icmaların və din xadimlərinin köməyindən və biliyindən maksimum yararlanırıq. Sadiq Mirzəyev dini icmalar və din xadimlərini ictimai həyatda fəal olmağa, dinə meyilli təbəqə ilə iş aparmağa çağırıb.
DQİDK-nin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə də tədbirdə çıxış edərək əsas diqqəti bölgələrdə fəaliyyət göstərən dini icmaların radikalizmlə mübarizədə əvəzolunmaz dərəcədə roluna yönəldib.
Daha sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov  və DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev Kürdəmir rayonunda radikalizmlə mübarizədə dini icmalarla aparılan qarşılıqlı əməkdaşlıqdan danışıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər