Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirlilər petisiya üçün imzavermə prosesində fəal iştirak edirlər

12 aprel 2016 | 16:00

Aprelin 12-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyası ilə bağlı tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli , Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Kürdəmir rayonu üzrə kordinatoru Elşən Əzizov, YAP rayon təşkilatının Gənclər Birliyi, rayonun Gənclər və idman idarəsinin əməkdaşları, rayonun  ziyalıları, təhsil, səhiyyə və mədəniyyət işçiləri,13 yaşdan yuxarı yeniyetmələr, rayon gəncləri və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Azərbaycan Silahlı Qüvvələri son günlər cəbhə xəttində ermənilərin təxribatlarına layiqli cavab verdiyini , Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarını azad etməkdən əl çəkməyəcəyini və torpaqlarını işğaldan azad etmək üçün kifayət qədər gücü olduğunu bildirdi. Bir neçə gün davam edən bu döyüşlər, Seyidsulan kəndini, Lələtəpəni və Talış kəndi yaxınlığındakı yüksəklikləri geri almağımız çox böyük uğurumuzdur.  Bütün bunlar danışıqlar prosesində bizim mövqelərimizi gücləndirir. Bu, həmçinin beynəlxalq təşkilatların bu torpaqların işğalını unutdurmaq cəhdlərinin qarşısına sədd çəkərək məsələyə diqqəti daha da artırdı. Üstəlik, bu uğurlar danışıqlar prosesinin sürətləndirilməsinə yeni impuls verib”. Artıq bütün dünya bilir ki, Azərbaycanın səbri tükənib və bizə qarşı olan bu ədalətsizliyə dözmür. Biz mübarizəni davam etdirməliyik, ideoloji mübarizəmizi gücləndirməliyik. Beynəlxalq təşkilatların bizə qarşı olan ögey münasibətini bütün dünyaya bəyan etməliyik. 40-dan çox beynəlxalq təşkilatın mövqelərini araşdırdım. Yalnız İslam Əməkdaşlıq Təşkilatı indiyədək açıq şəkildə Ermənistanı işğalçı adlandırıb və Azərbaycan torpaqlarını işğaldan azad etməyi tələb edib. Bir də Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində Ermənistanın işğalçı olduğu rəsmən təsdiq edilib. AŞ PA prezidenti Pedro Aqramunt  çıxışında birmənalı olaraq Ermənistanı təcavüzkar adlandırdı.
Tədbirdə çıxış edən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Kürdəmir rayonu üzrə kordinatoru Elşən Əzizov Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyası ilə bağlı Obama Administrasiyasına müraciət edib. AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun imzası ilə ünvanlanan və Ağ Ev Administrasiyasının internet resursunda açılan petisiya layihəsinin icrasına aprelin 6-dan start verilib. Petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır.Qısa müddətdə artıq 80 000 nəfər bu petisiyaya səs verib. Petisiyanı 13 yaşdan yuxarı şəxslər imzalaya bilərlər. AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də Kürdəmir rayon sakinlərinin bu petisiya barədə məlumatlandırılması məqsədilə geniş təbliğat kampaniyasına başlayıb. Kampaniya çərçivəsində rayonumuzda ay ərzində çoxsaylı aksiya və görüşlərin keçirilməsi, məlumatlandırıcı materialların paylanılması, maarifləndirici tədbirlərin keçirilməsi və sair bu kimi fəaliyyətlərin icra edilməsi planlaşdırılır.
Sonda Kürdəmir rayon Ağsaqqallar Şurasının sədri Ayyət Nəsirov çıxış edərək bu kampaniyaya böyük dəstək verdiklərinə görə Kürdəmir rayon İcra Hakimiyyətinə, rayon ictimaiyyətinə təşəkkür edərək bildirib ki, biz hər birimiz bu işdə əlimizdən gələni etməliyik.
Yekunda tədbir iştirakçılarına məlumatlandırıcı proşuralar paylanıldı.

Keçidlər