Kürdəmirdə Azərbaycan Respublikasının Prezidentinə və ordumuza dəstək aksiyası keçirilib
Aprelin 4-də keçirilən aksiyada Kürdəmir rayonun Qarabağ əlilləri, veteranları və şəhid ailələrinin nümayəndələri və gəncləri iştirak etdilər.
Tədbir iştirakçıları əllərində dövlət bayraqları tutaraq şəhər mərkəzindən Şəhidlər Xiyabanınadək Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirmək üçün yürüş aksiyası keçirdilər.
Aksiya iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin ruhu önündə baş əyərək onlara öz ehtiramların bildirdilər.
Aksiya iştirakçıları çıxış edərək 2 aprel tarixində Silahlı Qüvvələrimizin erməni qəsibkarları üzərində parlaq qələbəsini qeyd edərək ölkə Prezidentinə dəstək olduqlarını bildirdilər.Çıxış edənlər qeyd etdilrə ki,Ali Baş Komandan əmr verərsə hər birimiz silaha sarılaraq torpaqlarımızı azad etməyə hazırıq. Tədbir iştirakçıları Ali Baş Komandanın əmrini gözlədiklərini söylədilər.