Kürdəmir rayonunda 21 ədəd çoxmənzilli bina əsaslı təmir edilir
Ötən il Dövlət başçısının ehtiyyat fondundan Kürdəmir rayonunda abadlıq quruculuq işlərinin davam etdirlməsi məqsədi ilə şəhərin mənzil fonduna daxil olan 21 ədəd çoxmənzilli binaının əsaslı təmiri üçün 3 milyon manat vəsait ayrılıb.Hazırda binaların əsaslı təmirinə başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2015-ci il tarixli Kürdəmir rayonuna səfəri zamanı abadlıq və quruculuq işlərinin davam edirilməsi ilə baglı göstəriş və tövsiyyələrini verib. Ayrılan vəsaitə uygun olaraq şəhərdə 70-ci illərdə inşa edilən və hazırda təmirə daha çox ehtiyacı olan 21 çoxmənzilli binaların əsaslı təmirinə başlanılıb.Binaların dam örtükləri, fasadları, qapı və pəncərələri demək olarki istismar müdətini başa vurub.
Təmiri nəzərdə tutulan 21 yaşayış binsaının 2 ədədi 40 mənzilli , iki ədədi 60 və bir ədədi isə 45 mənzildən ibarətdir. Binaların 16 ədədi isə 2 mərtəbədən və 16 mənzildən ibarətdir. İlkin olaraq 5 ədəd 5 mərtəbəli binanın və iki ədəd 16 mənzilli yaşayış binalarının təmirinə başlanılıb. Binaların dam örtükləri dəyişdirilir, dəhlizləri əsaslı təmir olunur. Binaların suvaqları söükülərək yenidən təmir olunur və rənglənir. Bundan əlavə evlərin kürsü hissələrinə təxminən 1 metr hündürlüyündə aglaydan üzlük vurulur, giriş qapılrına yeni dəmir seyf qapılar qoyulur. Binaların köhnə pəncərələri də yeni plastik pəncərələrlə əvəz olunur, piləkən qəfəsəsi, meydançaları əsaslı təmir edilir, məhəcərləri yenidən qurulur.
Hazırda Babək küçəsi və Aran qəsəbəsində 5 mərtəbədən ibarət olan çoxmənzilli binalarada işlər davam etdirlir. Bir neçə binaının dam örtüyündə işlər artıq yekunlaşaıb.Bundan əlavə əsaslı təmir olunan binaların kanalizasiya sistemlərinin yenidən qurulması və həyətlərinin abadlaşdırılması nəzərdə tutulur. Hazırda çoxmənzilli binalarının əsaslı təmiri işlərində 100 nəfərdən artıq işçi çalışır.