Kürdəmirdə "Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasətidir" mövzusunda tədbir keçirilib
Martın 17-də rayonun Atakişili kənd tam orta məktəbinin akt zalında Kürdəmir Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasətidir" mövzusunda maarifləndirici tədbir keçirilib.
Ölkədə dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasəti barədə əhalinin bütün zümrələri, xüsusən gənc-yeniyetmələr və yuxarı sinif şagirdləri arasında maarifləndirmə işinin yüksək səviyyədə təşkil etmək məqsədi ilə keçirilən tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsi müdirinin müavini, Dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin Küdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri və axundu Fizuli Cəfərov, rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və üzvləri , rayon gəncləri, yeniyetmələr və yuxarı sinif şagirdləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov "Multikulturalizm və dini dözümlülük Azərbaycanda dövlət siyasətidir" mövzusunda çıxış edərək bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındaən böyük xidmətlərindəndir ki, vətəndaşların milliyyətindən, dinindən, məzhəbindən və əqidəsindən asılı olmayaraq qanun qarşısında bərabərliyinin təmin olunduğu mükəmməl idarəçilik sistemi formalaşdı. Bu təkçə insan hüquqlarının qorunmasl deyil, həm də ölkədə multikulturializmin möhkəmlənməsi və inkişafı üçün böyük zəmin yaratdı. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian və yəhudi dini tədris müəssələri sərbəst və heç bir maneə olmadan fəaliyyət göstərir.Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan İslamla yanaşı, digər səmavi dinlər- xristianlıq, yəhudiliklə birlikdə yaşamışdır. Əslində Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynamışdır. Bu səbəblərdən Azərbaycana pənah gətirənlərin sayəsində əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından çox zəngindir. Məhz Ulu Öndər Heydər Əliyevin: “İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir” -deməsi Azərbaycanın həm ölkə daxilində, həm də dünyada multikultural sahədə öndə gedən ölkələrdən olduğunu təsdiq edir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Əzim Rəfiyev “Dini ekstrmizm: multikultural cəmiyyət üçün təhlükə”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov “Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında”, Kürdəmir rayon İcra Hakimiyyəti Aparatının hüquq şöbəsinin məsləhətçisi Səbuhi Qasımov “Dini Etiqad Azadlığı haqqına” Azərbaycan Respublikasının qanununa edilmiş son əlavə və dəyişikliklər, “Dini Ekstremizmə qarşı Qanun”, Qafqaz Müsəlmanları İdarəsinin Küdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri və axundu Fizuli Cəfərov “Tolerantlıq nümunəsi Azərbaycan”, Kürdəmir şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Aqil Əliyev “Dini icmalar və gənclər: Zərərli vərdişlərə qarşı birgə mübarizə” mövzularında çıxış ediblər.
Natiqlər Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin aradan qaldırılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlərin görüldüyünü, Prezident İlham Əliyev tərəfindən bu siyasətin indi də uğurla davam etdirildiyini, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm” ili elan olunmasını, ölkəmizdə yaşayan milli və dini azlıqlara bütün sahələrdə bərabər imkanlarin yaradılmasını və bütün bunların dünyanın bir çox dövlətləri üçün nümunə ola biləcəyini vurğulayıblar.