Kürdəmirlilər Ulu Öndərin abidəsini ziyarət etdilər.
2012-ci il 12 dekabr tarixdə Kürdəmir rayonunun “Heydər Əliyev” parkında müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar rayon rəhbərliyi, ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri ,Yeni Azərbaycan Partiyası rayon təşkilatının şura üzvləri və fəalları Ulu Öndərin abidəsini ziyarət etmiş və gül-çiçək dəstələri qoymuşlar.
Ulu Öndər Heydər Əliyevin abidəsi önünə rayon rəhbərliyi adından əklil qoyulmuşdur.
Tədbirdə iştirak edən minlərlə kürdəmirlilər Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzməklə ona olan məhəbbətlərini və ehtiramlarını bir daha nümayiş etdirdilər.
Ulu Öndərin xatirəsini yad etmək üçün gələn hər kəsin dilində bir fikir səslənir-Nə qədər ki, Müstəqil Azərbaycan Dövləti var, Azərbaycan Xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır.