Kürdəmir rayonunda Xocalı soyqırımı ilə bağlı "dəyirmi masa" keçirilib
Fevralın 25-də Kürdəmir rayon Təhsil şöbəsində təhsil işçilərinin iştirakı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilən dəyirmi masa təşkil olunub.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir Rayon Təhsil şöbəsinin müdir əvəzi Mətləb Allahverdiyev və təhsil işçiləri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon Təhsil şöbəsinin müdir əvəzi Mətləb Allahverdiyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliam barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrdən biri olduğunu, işğaldan sonra erməni qəsbkarları tərəfindən azərbaycanlılara məxsus bütün maddi-mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılmasını ümumilikdə dünya sivilizasiyasına qarşı törədilmiş ağır cinayət kimi dəyərləndirilib, faciədən artıq 24 il keçməsinə baxmayaraq, vəhşicəsinə, xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirilmiş soydaşlarımızın, qəhrəman oğul və qızlarımızın əziz xatirəsi dünyanın müxtəlif ölkələrində ehtiramla anılır.
Dəyirmi masada çıxış edənlər Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldığını, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldüyünü, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildiyini vurğulayıblar.