Kürdəmirdə “Tolerantlıq nümunəsi Azərbaycan” mövzusunda tədbir keçirilib
Fevralın 5-də rayonun Təhsil şöbəsində Kürdəmir rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi ilə birgə “Tolerantlıq nümunəsi Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, Dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İdarəsinin Küdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri və axundu Fizuli Cəfərov, ağsaqqallar və ziyalılar, rayon təhsil işçiləri, icra nümayyəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, Dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov bildirib ki, Azərbaycan multikulturalizminin və ümumilikdə multikulturalizm konsepsiyasının ölkənin, dövlət təhlükəsizliyinin təmin olunmasında «Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin 2014-cu il 15 may tarixli Fərmanı ilə təsis edilib. Multikulturalizmin həm də öz tarixi kökləri var. Bizim Ümummilli liderimiz Heydər Əliyevin siyasi gücü ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrinin bərpa edilməsini təmin edib. Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının ayrılmaz tərkib hissəsi hesab edərək etnik azlıqların hüquq və azadlıqlarının, onların etnomədəni və dini dəyərlərinin qorunmasını insan hüquqları və əsas azadlıqları çərçivəsində nəzərdən keçirirdi. Bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəldilmiş bu siyasəti uğurla inkişaf etdirir. Multikulturalizmin bizim dövlət siyasəti və həyat tərzimiz olduğunu nəzərə alaraq, İlham Əliyev bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Heydər Əliyev Fondu da bizim multikulturalizm və tolerantlıq ənənələrimizin beynəlxalq arenada təbliğinə böyük töhfələr bəxş edir. Özünün çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri olan Azərbaycan uğurlu multikulturalizm siyasətinin aparılmasına parlaq nümunədir dünyada milli, dini diskriminasiyanın, irqçiliyin yayıldığı bir dövrdə Azərbaycan dövlətinin multkulturalizmi, tolerantlığı özünün dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə cevrilmisdir «Azərbaycanda uzun əsrlərdir ki, fərqli dini konfessiyalar, müxtəlif xalqlar və etnik qruplar sülh, dostluq, qardaşlıq şəraitində yanaşı yaşayırlar».. Düşünürəm ki, bütün cəmiyyətlər üçün vahid, demokratik bir multikultural modelin olması məqsədəuyğundur».
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Əzim Rəfiyev “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə” mövzusunda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Nizami Məmmədov “Ənənəvi İslam: radikalizlə mübarizə vasitəsi kimi” mövzusunda, Qafqaz Müsəlmanları İdarəsinin Küdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri və axundu Fizuli Cəfərov “Tolerantlıq nümunəsi Azərbaycan” mövzusunda çıxış edərək Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlərin gorüldüyünü, Prezident İlham Əliyev tərəfindən bu siyasətin indi də uğurla davam etdirildiyi, 2016-cı ilin ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Multikulturalizm” ili elan olunması ölkəmizdə yaşayan milli və dini azlıqlara bütün sahələrdə bərabər imkanlarin yaradilması və bütün bunların dünyanın bir çox dövlətləri üçün nümunə ola biləcəyini bildirdilər.