Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənin müdafiəsinə hazıram” Poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir.

07 dekabr 2012 | 16:00

2012-ci il 6 dekabr tarixində Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Kürdəmir şəhər «Mərkəzi» stadionunda rayonun ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Vətənin müdafiəsinə hazıram” Poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir.
“Vətənin müdafiəsinə hazıram” Poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinin əsas məqsədi çağrış yaşlı gənclərimizin fiziki cəhətdən hazırlıqlarının yoxlanılması və vətənpərvərlik ruhunun düzgün aşılanmasıdır .
Birincilikdə rayonun 32 ümumtəhsil müəssisələrinin komandaları iştirak etmişdirlər. Yarışda komandanın tərkibi - 4 oğlan olmaqla 4x100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma mərhələlərində iştirak etmişlər. Yarış Poliatlon çoxnövçülüyü üzrə müəyyən olunan qaydalara əsasən keçirilmiş və oyunların nəticələrinə görə yerlər aşağıdakı kimi müəyyən edilmişdir.
Turnirdə və bütün mərhələhərdə I, II və III yerləri tutan idmançilar və komandalar Kürdəmir rayon Gənclər və İdman Idarəsi tərəfindən Kubok, diplom və rəmzi medallarla mükafatlandırılmışlar.
 

Keçidlər