Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

19 yanvar 2016 | 16:00

Yanvarın 19-da Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatının Qadınlar Şurası və Kürdəmir rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirib.
      YAP rayon təşkilatının  qərargahında  keçirilən tədbirdə  YAP rayon təşkilatının Qadınlar Şurasının  üzvləri, fəal qadınlar, idarə, müəssisə və təşkilatlarda çalışan, YAP üzvü olan qadınlar iştirak ediblər. Sonra  tədbir   YAP rayon təşkilatının  akt  zalında öz işinə başladı.  
        Əvvəlcə mərasim  iştirakçıları Azərbaycan xalqının milli müstəqilliyi uğrunda qurban getmiş şəhidlərin əziz  xatirələrin   bir dəqiqəlik sükutla  yad ediblər. 
       Tədbiri  giriş sözü ilə YAP rayon təşkilatı  Qadınlar Şurasının sədri  Sevda Hacıyeva açıb. O, bildirib ki,  Azərbaycan xalqı 1990-cı ilin qanlı yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. 20 Yanvar hadisələri xalqımızın 1988-ci ildə başlanan milli azadlıq hərəkatının kuliminasiya nöqtəsi idi. SSRİ-nin ali dövlət hakimiyyəti orqanları Azərbaycan xalqının suveren hüquqlarını qorumaq sahəsində konstitusiya öhdəliklərini yerinə yetirmədi. Bu da 1988-ci ildə respublikanın ərazi bütövlüyünün müdafiəsi uğrunda kütləvi xalq hərəkatının yaranmasına gətirib çıxardı. Digər tərəfdən Azərbaycanın o vaxtkı siyasi rəhbərliyinin tam çaşqınlığı, xalqla əlaqəsinin itməsi, müstəqilliyinin olmaması onun iflasını və hakimiyyətsizliyini labüd etmişdi. Beləliklə,  yanvarın 19-dan 20–nə keçən gecə Azərbaycanın o vaxtki  satqın rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə ölkəmizdə kommunist rejimini saxlamaq məqsədilə Bakıya 15000  nəfərlik ordu yeridildi. Sovet  qoşunlarının təcavüzü nəticəsində Bakıda 147 mülki vətəndaş öldürülmüş, 700 nəfərdən çox insan yaralanmış, 321 nəfər isə itkin  düşmüşdür. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın və uşaq var idi.
          Tədbirdə  rayon təşkilatının idarə heyəti üzvü, şəhər 6 saylı tam orta məktəbin direktoru Elmira Şıxəliyeva, Qadınlar Şurasının idarə heyəti üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Şəhər 1 saylı tam orta məktəbin müəllimi Mehriban Məmmədova, şəhər 3 saylı tam orta məktəbin müəllimi Əsbət Musayeva  çıxış edərək bildirirlər ki, 20 Yanvar hadisəsi xalqımızın iradəsini qıra bilmədi. Lakin onların  bu çirkin niyyətləri  baş tutmadı. Əksinə, bu  qanlı faciə Azərbaycanın  müstəqil milli dövlət qurmaq arzusunu daha da gücləndirdi və bu müqəddəs yolda daha da inamla addımladı. 1990-cı ilin yanvar qırğını nə qədər facəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən övladları  Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.Bu gün xalqımız demokratik dövlətdə firavan, azad, xoşbəxt həyat sürürlər.Bütün bunları biz canlarını  torpaqlarımızın qorunması və bizim gələcək firavan həyatımız uğrunda fəda edən oğullarımıza borcluyuq.
       Sonda   Kürdəmir  rayon İcra Hakimiyyəti  Başçısının  müavini  Vəsilə Əsgərli çıxış edərək qeyd edib ki,  20 Yanvar Azərbaycan xalqının təkcə faciə günü yox, həm də tariximizin qanla yazılmış şərəfli səhifəsidir. 20 Yanvar şəhidləri millətin qeyrət rəmzidir. Bu qeyrəti, vüqarı həmişə uca tutmaq bizim borcumuzdur. 20 Yanvar tarixində baş verən hadisələr xalqımızın milli qürur hissini daha da formalaşdırdı. İndi biz müstəqilliyimizi, azadlığımızı qorumalı və daha möhkəmləndirməliyik.Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz.   20 Yanvar hadisələrinin mühüm nəticələrindən biri də o idi ki, bu hadisə sovet imperiyasının dağılmasında ciddi rol oynadı.
         Ulu Öndər Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, sübut elədi ki, xalq sahibsiz deyil, Heydər Əliyev kimi rəhbəri var. Rəhbər nəyə qadir olduğunu 20 Yanvarda sübut  etdi. Azərbaycan xalqının Ümummilli  Liderinin ölkə rəhbərliyinə qayıdışından sonra Ulu Öndər vətənimizin azadlığı uğrunda canlarından keçən vətəndaşlarımızın xatirəsini əbədiləşdirilməsi məqsədilə əməli tədbirlər həyata keçirdi.Ölkəmizin suverenliyi uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirəsinə ən layiqli töhfə olan “Əbədi məşhəl” abidəsi belə yaradıldı.
         Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi böyük öndərimizin yolunu davam etdirir. Сənab  İlham Əliyev  1990-cı ilin 20 Yanvar şəhidlərinin  xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün son illər mühüm işlər görür. Prezidentin sərəncamları ilə 20 Yanvar faciəsinin ildönümü hər il respublikanın hər yerində qeyd olunur.Şəhid ailələrinə dövlət qayğısı artırılır.

Keçidlər