Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirin bağça uşaqları Şəhidlər Xiyabanını ziyarət edib

19 yanvar 2016 | 16:00

Bu gün rayonun bütün məktəbəqədər təhsil müəsissələrinin uşaqları “20 yanvar – Ümumxalq hüzn günü” münasibətilə Kürdəmir rayonunda yerləşən Şəhidlər Xiyabanı kompleksini ziyarət edib.
Uşaqlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb, şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləmiş, kompozisiyalar dinlənilmiş, “Şəhidlər” abidəsinin önünə gül qoymuşlar.

Keçidlər