Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram şənliyi təşkil olunub

28 dekabr 2015 | 16:00

Dekabrın 28-də rayonun “Kürdəmir” sarayında Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təntənəli ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin, veteranların, ağsaqqalların, gənclərin, idmançıların, aztəminatlı ailələrin və ictimaiyyətin digər  nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti  Başçısının müavini Ağali Kərimli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından bütün kürdəmirliləri təbrik etdi,  onlara ən xoş arzularını çatdırdı.  O,qeyd etdi ki, Dünya  Azərbaycanlılarının həmrəylik günü Ümummilli Lider, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmaqla, 31 dekabr Azərbaycan xalqının, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının həmrəylik tarixdir. 2015-ci il xalqımızın yaddaşında  həm də həyatımızın bütün sahələrində əsaslı dəyişikliklər, dinamik inkişaf, mühüm tarixi günlərlə zəngin bir dövr kimi qalacaqdır. Müstəqilliyimiz daha da möhkəmləndirilmiş, ictimai-siyasi sabitlik davam etmiş, Respublikamızda hüquqi, demokratik, dünyəvi quruculuq prosesi, bazar iqtisadiyyatı prinsipləri uğurla inkişaf etdirilmiş, ordu quruculuğu təkmilləşdirilmiş, sosial-iqtisadi və mədəni həyatımızın bütün sahələrində əsaslı irəliləyişə nail olunmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, yeni iş yerləri yaradılmış, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilmişdir.  Ağali Kərimli yola saldığımız ilin Kürdəmirin tarixində də çox böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq diqqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2015-ci ildə Kürdəmir rayonuna tarixi səfərinə çəkdi, bunu rayon tarixində unudulmaz hadisə adlandırdı.
Sonda Ağali Kərimli əldə olunan uğurlara görə ilk növbədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün kürdəmirlilərin səmimi təşəkkürünü və minnətdarlığını bildirdi.
Tədbirdə rayonun incəsənət ustalarının çıxışları oldu, bir-birindən rənagarəng nəğmələr səsləndirildi. Yeni ilin simvolu Şaxta baba və Qar qız balacalara yeni il hədiyyəsi payladı. Təşkil olunan bayram konserti iştirakçılarda xoş ovqat yaratdı.

Keçidlər