Kürdəmir rayonunda “Məktəbəqədər tərbiyə müəssisələrində uşaqların milli vətənpərvərlik və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
2012-ci 5 dekabr tarixində rayonun 3 saylı körpələr evi və uşaq bağçasının akt zalında “Məktəbəqədər tərbiyə müəssisələrində uşaqların milli vətənpərvərlik və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və Humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov, şöbənin əməkdaşları, valideyn ictimaiətinin nümayəndələri, orta məktəblərin ibtidai sinif müəllimləri, tərbiyəçilər iştirak etmişdilər.
Tədbirdə ilk öncə bağça yaşlı uşaqların ifasında “Əbədiyaşar insan” mövzusunda musiqili ədəbi kompazisiya dinlənilmiş, bir sıra milli nümunəvi rəqslər, xalq nağıllarından ibarət səhnələşdirilmiş tamaşalar nümayiş etdirilmişdir. Daha sonra tədbirdə mövzuya uyğun müzakirələr aparılmışdır. Müzakirələr zamanı şəhər 3 saylı körpələr evi və uşaq bağçasının müdiri Kimya İsmayılovanın, 5 saylı körpələr evi və uşaq bağçasının müdiri Elmira Süleymanovanın və digər körpələr evi və uşaq bağçalarının tərbiyəçilərinin sözügedən mövzuda məruzələri dinlənilmiş, fikir mübadilələri aparılmışdır.
Yekunda rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və Humanitar məsələlər üzrə müavini Ə.Mikayılov çıxış edərək bildirmişdir ki, Azərbaycan təhsilinə Dövlət rəhbəri tərəfindən göstərilən bugünki diqqət və qayğıya hər bir pedaqoji işçi öz əməli işi ilə cavab verməlidir. Təhsil müəssisələrində nümunəvi işin təşkil edilməsində keçirilən hər bir tədbir əhəmiyyətlidir. Gələcəkdə də bu istiqamətdə tədbirlərin keçirilməsini, fikir mübadilələrinin aparılmasını, təcrübə mübadiləsinin effekt verici amillərdən olduğunu bildirmişdir.