Şriftin ölçüsü :

Saytın rəngi :

“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsi çərçivəsində “Vətəndaşlıq: mənsubiyyət və məsuliyyət” adlı elmi-praktik konfrans

27 noyabr 2015 | 16:00

2015-ci il 26 noybar tarixində Kürdəmir şəhər 3 saylı tam orta məktəbinin akt zalında “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsi çərçivəsində “Vətəndaşlıq: mənsubiyyət və məsuliyyət” adlı elmi-praktik konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli elmi-praktiki konfransın əhəmiyyətindən danışdı və bunun Azərbaycan Respublikası Prezidenti Ilham Əliyev tərəfindən gerçəkləşdirilən uğurlu gənclər siyasətinə xidmət etdiyini vurğuladı.
Layihənin rəhbəri Yəhya Babanlı: “Elmi-praktiki Konfransın məqsəd və vəzifələri barədə məlumat verdi. Bunun, dövlətin yeni mərhələdə istiqamətləndirilən gənclər siyasətinin tərkib hissəsi olduğunu vurğuladı. Dövlət Başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan bəhs etdi. Bu siyasətin Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlandığını bildirdi”.
Elmi-praktik Konfransa Kürdəmir rayon gəncləri ilə yanaşı, Gənclər və İdman İdarəsinin və ictimayətinin nümayəndələri də qatılmışdır. Sonda fəal gənclərə sertifikatlar təqdim olundu.

Keçidlər