Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun “Heydər Park” ında yenidənqurma və quruculuq işləri davam etdirilir.

30 noyabr 2012 | 16:00

Kürdəmir rayonunda yerləşən, 7 hektar ərazini əhatə edən, Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan“Heydər park”ında yenidənqurma və quruculuq işləri aparılır.
Parkın ərazisində yerləşən Heydər Əliyev Mərkəzi yeni layihəyə əsasən rekonstruksiya edilir,“Gənclər Evi”nin böyüdülməsi məqsədi ilə atıcılıq tiri, fənn kabinələri,şahmat stolları, fəvvarə və söhbətgahlar, çay evi tikilərək əhalinin istifadəsinə verilmişdir.
Hal-hazırda parkın ərazisində açıq havada Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi yaradılır.Muzeydə rəmzi olaraq Xəzər dənizi, Göyçə, Urmiya göllərinin, Kür-Araz çaylarının və Qafqaz sıra dağlarının qurulması nəzərdə tutulmuşdur.
Bundan əlavə parkın ərazisində 3 ədəd dekorativ fontan, 2 ədəd şəlalə, istirahət guşələrinin tikilməsi, işıqlanma-suvarma sistemlərinin qurulması, abadlıq və yaşıllaşdırma işlərinin aparılması davam etdirilir.
Parkın ərazisində Ana və Uşaq kafesi, Uşaq əyləncə mərkəzi, atraksionlar və 400 nəfərlik açıq konsert meydançasının tikintisi nəzərdə tutulmuşdur.
Bu məqsədlə əraziyə 814 maşın torpaq və çınqıl daşınmış, 26 000 m2 ərazidə hamarlanma işləri aparılmış , 4 000 m2 -dan çox ərazidə isə abadlıq işləri görülməkdədir.
 

Keçidlər