“Qadınlara qarşı gender əsaslı zorakılıq gənclərin gözü ilə” mövzusunda tədbir keçirilmişdir.
Noyabrın 19-da “Gənclərin Töhfəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınlara qarşı gender əsaslı zorakılıq gənclərin gözü ilə” layihəsi çərçivəsində Kürdəmir rayon Heydər Əliyev Mərkəzində tədbir keçirmişdir. Rayon gənclərinin iştirakı ilə keçirilən tədbirdə “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək layihə haqqında məlumat vermiş, bildirmişdir ki, layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın bir çox regionunda gənc nəsil arasında “Qadınlara qarşı məişət zorakılığını dayandır” kampaniyasını təbliğ etmək, Azərbaycanda hüquqlara, gender bərabərliyinə hörməti inkişaf etdirmək və məişət zorakılığını aradan qaldırmaqdan ibarətdir.Tədbirdə iştirak edən rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli çıxış edərək göstərilən problemlə bağlı gənclərə öz tövsiyələrini vermişdir.Tədbir iştirakçılarına mövzu ilə bağlı maarifləndirici materiallar və köynəklər paylanmışdır.