19 noyabr 2015 - ci il tarixdə Kürdəmir rayon Məşğulluq Mərkəzi rayon İcra hakimiyyəti ilə birgə “Sosial müdafiyəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydaları barədə
19 noyabr 2015 - ci il tarixdə Kürdəmir rayon Məşğulluq Mərkəzi rayon İcra hakimiyyəti ilə birgə “Sosial müdafiyəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı" mövzusunda sahibkarların, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısının müavini, Məşğulluğa kömək Əlaqələndirmə komtisənin üzvləri, rayon Mərkəzi xəstəxanasının, rayon Təhsil şöbəsinin, rayon Mədəniyyət və Turizm şöbəsinin nümayəndələri rayon Həmkarlar komitəsinin sədri, rayonun 24 dövlət və qeyri dövlət müəssisə və təşkilatlarından işəgötürənlər iştirak etmişlər. Tədbri giriş sözülə rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi Tahir İsmayılov açaraq sözsü rayon İcra hakimiyyəti başçısının müavini , Məşğulluğa kömək göstərən Əlaqələndirmə komtisənin sədri A.Kərimliyə vermişdir. A.Kərimli “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsindən, gənclərin, xüsusilə sosial müdafiəyə daha çox ehtiyacı olanların (kvota üzrə) sosial problemlərinin həlli yolları araşdırılaraq bu sahədə aktiv məşğulluq tədbirlərinin, işəgötürənlərlə Məşğulluq Mərkəzi ilə əlaqələrinin daha da gücləndirilməsi, əmək bazarının təhlili, işçi qüvvəsinə olan təlabatın ödənilməsi istiqamətində çıxış etmişdir.