Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

12 noyabr 2015 | 16:00

Noyabrın 12-də Kürdəmir  rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında  Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş  dəyirmi masa keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etmişlər. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül – çiçək dəstələri düzmüşlər.Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli açaraq bildirmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyev zəkasının məhsulu, Azərbaycan Respubliksının əsas qanunu olan ilk Milli Konstitusiyamız xalqımızın hüquq və azadlığını, demokratik hüquqi dünyəvi dövlət quruculuğunu, milli-mənəvi dəyərlərimizi təsbit edən hüquqi sənəddir. Bu tarixi sənəd Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmətinin heç vaxt unudulmayan təzahürüdür.Dəyirmi masada “Azərbaycan Respublikası konisitutiyası  ölkəmizdə insan hüquq və azadlığının əsas təminatçısıdır ” mövzusunda Kürdəmir rayon İcra hakimiyyəti aparatının  hüquq şöbəsinin müdiri Şahin Əhmədov , “Azərbaycan Respublikasının Milli Konstitusiyası”  mövzusunda rayon Prokurorunun köməkçisi Faiq Quluyev, “Milli Konstitusiyamız – təhsil, əmək və istirahət hüququ verən tarixi sənəddir” mövzusunda Xırdapay kənd tam orta məktəbinin direktoru İnqilab Rəsulov, “Azad, demokratik, hüquqi dövlət anlayışı və Milli Konstitusiyamız” mövzusunda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının uçot bölməsinin müdiri   Məhəmməd Heydərli məruzələrlə çıxış edərək Konstitusiyanın yaranmasının tarixi və inkişaf mərhələlərindən, Ümummilli Liderimiz Heydər Əliyevin bu istiqamətdə xidmətlərindən, əsas Qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarından ətraflı danışmışlar.Yekunda rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, xoş arzularını çatdırmışdır. O,öz çıxışında bildirmişdir ki, 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan xalqı çətin sınaqlardan keçməli olmuşdur. Bir yandan xarici düşmən təcavüzü, torpaqların itirilməsi, digər tərəfdən ölkədaxili çəkişmələr, iqtisadi böhran ölkəni iflic vəziyyətinə salmışdır. Ulu Öndər Heydər Əliyevin xalqın ağır günlərində məhv olmaq təhlükəsi qarşısında qalmış dövlətin idarəçilik yükünü öz çiyinlərinə götürməsi Azərbaycan xalqı üçün xilas yolu oldu. Tamamilə iflic olmuş, əmlakı talan edilmiş, ordusu olmayan, iqtisadiyyatı dondurulmuş bir ölkəni yenidən qurmaq, onun bütün strukturlarında islahatlar aparmaq, artıq öz funksiyasını itirmiş, heç bir qüvvəyə malik olmayan qanunların yeniləri; daha sivil, daha demokratik, daha dünyəvi qanunlarla əvəz etmək kimi çətin missiyanı öz üzərinə götürmək bu müdrik insanın xalqı qarşısında fədakarlığı idi.

Keçidlər