Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır.

28 noyabr 2012 | 16:00

2008-ci ildə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rayonumuza tarixi səfəri zamanı açılışı gerçəkləşdirilən Kürdəmir rayonun “Gənclər Evi “ rayon gənclərinin toplantı mərkəzinə çevrilmişdir.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin tapşırığına əsasən rayon “Gənclər Evi” inventar avadanlıqla tam təhciz edilmiş,yeni komuterlər alınaraq gənclərin istifadəsinə verilmişdir.
“Gənclər Evi”ndə gənclərin bilik səviyyəsini artırmaq və müasir texnologiyaları daha da mükəmməl öyrənmələri üçün 2012-ci ilin iyul ayından etibarən kompyuter və ingilis dili kursları fəaliyyət göstərir.Avqust ayının 25-dən kursların ilk 31 nəfər məzununa şəhadətnamələr təqdim edilmişdir.Sentyabr ayının 15-dən kursların II mərhələsi başlamışdır.Gənclərin asudə vaxtlarının səmərəli təşkil üçün “Gənclər Evi”ndə gənc müəllimlər , həkimlər , sahibkarlar , idmançılar bölmələri yaradılmış və mütəmadi olaraq viktorinalar ,bilik yarışları ,interaktiv oyunlar ,sahələr üzrə fikir mübadilələri aparılır və mövcud vəziyyət təhlil edilir. Bölmənin üzvlərinin ardıcıl olaraq rayon ərazisində yerləşən istehsalat müəssisələrinə ekskursiyaları təşkil edilir .
Bundan əlavə “Gənclər Evi”nin akt zalında quraşdırılmış “Dəyirmi masa”da milli və rəsmi dövlət bayramları , müxtəlif sahələr üzrə peşə bayramları qeyd olunur,ayrı-ayrı sahələrdə xüsusi nailiyyətlər əldə etmiş gənclərlə görüşlər keçirilir, onların təltif olunma mərasimləri təşkil olunur.
 

Keçidlər