Kürdəmirdə Bilik günü qeyd olunub
Sentyabrın 15-də Kürdəmir rayonunun 58 ümumtəhsil məktəbində Bilik günü təntənə ilə qeyd olunub.
Yeni dərs ilinin başlanması münasibətilə Kürdəmir şəhər 2 saylı tam orta məktəb-liseydə keçirilən mərasimdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, məktəbin direktoru Elnur Məmmədov və başqaları çıxış edərək pedaqoji kollektivi və şagirdləri yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, ötən dərs ilinin yekunlarına görə rayon məzunlardan bir nəfəri qızıl medal alıb, 217 nəfər ali məktəblərə, 85 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunub. Onlardan 24 nəfəri qəbul imtahanlarında 500-dən, 12 nəfəri isə 600-dən çox bal toplayıb. Hazırda rayonun ümumtəhsil müəsissələrində 14577 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 1601 müəllim məşğul olur. Yeni dərs ilində məktəb-liseyin birinci siniflərində 1700 şagird təhsil alacaq.
Daha sonra gənc nəslin elmi biliklərə dərindən yiyələnməsi, onların hərtərəfli inkişafı üçün təhsil ocağında yaradılan şəraitdən bəhs olunub. Çıxış edənlər yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar.