Kürdəmir müəllimlərinin sentyabr konfransı keçirilib
Sentyabrın 10-da rayon İcra Hakimiyyətinin Akt zalında Kürdəmir rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.
Konfransda “2014-2015-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan rayon Təhsil Şöbəsinin müdir əvəzi Xəqani Qurbanov qeyd olunan məsələ barədə məruzə etdi. Məruzə ətrafında müzakirələrədə şəhər 3 saylı tam orta məktəbinin direktoru Bayram Cəfərov, şəhər 6 saylı tam orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini Türfə Kərimova, şəhər 3 saylı tam orta məktəbinin müəllimi Xəyalə Veyisova, valideyn Könül Məmmədova, yüksək bal toplamış məzun Leyla Cəbrayılova çıxış ediblər.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli respublikamızda təhsilin hərtərəfli inkişafı üçün böyük diqqət və qayğı göstərdiklərinə görə dövlət başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirib.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Firudin Həmzəyev çıxış edərək yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb.
Konfransda qeyd edilib ki, Kürdəmir rayon Təhsil Şöbəsi nəzdində 58 ümumtəhsil məktəbi (43 tam orta, 13 ümumi orta, 2 ibtidai) və 4 məktəbdənkənar müəsissə (Uşaq Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi) fəaliyyət göstərir. 33 ümumtəhsil məktəbi 1 növbəli, 25 ümumtəhsil məktəbi 2 növbəli rejimdə fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində 14577 nəfər şagiridin təlim-tərbiyəsi ilə 1601 nəfər müəllim məşğul olur.
Yeni tədris ilində rayonun Atakişili kəndində yeni məktəb binasının tikintisində son tamamlanma işləi aparılır ki, həmin məktəbin “Bilik Günü” ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulub.
Bu il 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan 36 nəfər məzuna qiymətli hədiyyələr təqdim edilib.
Sonda konfrans iştirakçıları tərəfindən respublika Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.