Şriftin ölçüsü :

Saytın rəngi :

“Sülh aylığı” çərçivəsində Kürdəmir rayonunda silsilə tədbirlər keçirilir

03 sentyabr 2015 | 15:00

Sentyabrın 3-də rayonun "Gənclər Evi"ndə Kürdəmir rayon İcra Hakimiyyəti “Sülh aylığı” çərçivəsində  “Azərbaycanın sülh siyasəti və insan hüquqlarının müdafiəsi” mövzusunda  tədbir  keçirib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli,  rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Şahin Əhmədov, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli bildirib ki, əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu.
Sonra  rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Şahin Əhmədovun “Azərbaycanın sülh siyasəti və insan hüquqlarının müdafiəsi”  mövzusunda məruzəsi dinlənilib, çıxışlar olub. Vurğulanıb ki, XX əsrin sonlarında müstəqil dövlətçilik yoluna qədəm qoymuş Azərbaycan xalqı azad, demokratik,hüquqi cəmiyyət quruculuğu yolu ilə irəliləyərək bütün dövlətlər və xalqlar ilə sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamaq, dünya birliyi ilə sıx inteqrasiya xətti tutduğunu bəyan etmiş və bu yola sadiqdir. Bu mənada Azərbaycan Respublikası dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa müstəsna əhəmiyyət verərək müstəqillik qazandığı ilk gündən ölkəmiz ilə BMT arasında əlaqələrin yaranması, daim inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün hər cür səylər göstərir.
Məruzə və çıxışlarda Avqustun 21-dən sentyabrın 21-dək davam edən və artıq ənənə şəklini almış aylıq çərçivəsində  əhalinin hüquq mədəniyyətinin inkişaf etdirilməsi, sülhün və dözümlülük mədəniyyətinin, xalqımızın milli mənəvi dəyərlərinin təbliğinə həsr olunmuş maarifləndirmə tədbirləri təşkil olunur.Baxmayaraq ki,torpaqlarımızın 20 faizi düşmənlərimiz tərəfindən işğal edilib, bir milyondan çox vətəndaşımız yurd-yuvasından məcburi şəkildə qovulublar,BMT tərəfindən tanınmış və qəbul edilmiş dövlət sərhədlərimiz pozulmuşdur yenə də Azərbaycan dövləti sülh siyasətinə sadiq olduğunu bütün beynəlxalq təşkilatlarda bəyan etmiş,bu siyasətə sadiq olduğunu nümayiş etdirir.Halbuki ökəmizin Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə xüsusi olaraq vurğulamışdır ki, əgər qarşı tərəf sülh yolu ilə torpaqlarımızı qaytarmaqdan imtina edərlərsə,biz müharibə yolu ilə torpaqlarımızı qaytarmağa hazırıq.

Keçidlər