Kürdəmirdə əmək yarmarkası təşkil olunub
Avqustun 28-də rayonun “Kürdəmir” sarayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Əmək yarmarkası” təşkil olunub.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli, Dövlət Məşğulluq Xidmətinin Statistika sektorunun müdiri Elçin Səlimov , rayonun idarə, müəssisə, təşkilatların , qeyri dövlət müəssisələrinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Yarmarkanın təşkil olunmasında əsas məqsəd ixtisası üzrə iş tapa bilməyənlərə yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək və işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarət olub.
Əmək yarmarkasında rayonun 55 dövlət, qeyri dövlət təşkilatları və fiziki şəxslər boş(vakant) iş yerləri təqdim etməklə iştirak etmişlər.Onlardan 16 dövlət ,11 qeyri dövlət təşkilatları və 28 fiziki şəxslərdir.Təqdim olunmuş boş iş yerlərinin sayı 270 olmaqla 157 qulluqçu vəzifəsi, 62 fəhlə peşələri və 51 xidmət sahəsinə aiddir. Dövlət müəssisələrindən 182, qeyri dövlət 39, fiziki şəxslərdə 49 iş yerləri təqdim olunmuşdur.Bu müəssisələrdə minimum əmək haqqı 105 manat, maksimum əmək haqqı 270 manat təşkil edir.
Əmək yarmarkasında 780 nəfərdən çox rayon sakinləri iştirak etmişdir ki, onlardan 124 nəfərə o ,cümlədən 42 dövlət, 49 nəfərə qeyri dövlət müəssisələrinə və 33 nəfər fiziki şəxslərdə işədüzəlmək üçün göndəriş verilmiş, 2 nəfər kvota yerlərinə,18 nəfər peşə hazırlığına ,20 nəfər içtimai işlərə cəlb olunub.