Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə dini radikalizm və onunla mübarizə yolları mövzusunda tədbir keçirilib

20 avqust 2015 | 15:00

Avqustun 19-da  Rayon İcra Hakimiyyətinin Akt zalında  Kürdəmir Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölməsinin birgə təşkilatçılığı  ilə “Dini radikalizm və onunla mübarizə yolları” mövzusunda maarifləndirici tədbir  keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli , Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə müdiri Nizami Məmmədov, idarə, müəssisə və təşkilatların, rayon icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri, ağsaqqallar, din xadimləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalıllar, təhsil, səhiyyə, mədəniyyət işçiləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli açaraq narahat dünyamızda dini radikalizmin təhlükəli təzahürlərindən danışıb.
Sonra DQİDK-nın Şirvan bölgəsi üzrə müdiri Nizami Məmmədovun “Dini radikalizm və onunla mübarizə yolları” mövzusunda məruzəsi dinlənilib, çıxışlar olub. Vurğulanıb ki, bu gün dünyada baş verən proseslər kontekstində İslam dininə radikal don geyindirmək meyilləri artıb. Bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışması hər kəsdən diqqətli və sayıq olmağı tələb edir. Belə bir şəraitdə dini maarifləndirmə işinin gücləndirilməsi xüsusi önəm daşıyır.
Məruzə və çıxışlarda İslamın yad təsirlərdən qorunmasında, dini radikalizmə qarşı mübarizədə hər kəsin yaxından iştirak etməsinin, bu sahədə maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparılmasının zəruriliyi diqqətə çatdırılıb və bu məsuliyyətin cəmiyyətin bütün üzvlərinin üzərinə düşdüyü vurğulanıb.

Keçidlər