Kürdəmirdə “Azərbaycan Respublikasında sosial iqtisadi sahələrdə qadın hüquqlarının dəstəklənməsi və təşviqi" movzusunda tədbir keçirilib
Avqustun 4-də rayonun Heydər Əliyev Mərkəzində Kurdəmir Rayon İcra Hakimiyyəti və “Qadin və Muasir Dunya” Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına dəstək məqsədi ilə “Azərbaycan Respublikasında sosial iqtisadi sahələrdə qadın hüquqlarının dəstəklənməsi və təşviqi" movzusunda konfrans keçirilib.
Tədbiri giris sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli Respublikada və eləcədə Kürdəmir rayonunda həyata keçirilən sosial – iqtisadi proqramlardan, ölkə Prezidenti cənab İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük qayğılardan ətraflı danışıb.
Sonra “Qadın ve Muasir Dunya” Mərkəzinin direktoru Südabə Şirəliyeva çıxış edərək başçılıq etdiyi təşkilatın Azərbaycanın 10 rayonunu əhatə edən layihənin məqsədindən, regionlarda sosial – iqtisadi sahələrdə, eyni zamnda orta və kiçik sahibkarlığın inkişafinda qadinlarin rolundan danişmış, qadınların rolunun vacibliyini qeyd etmişdir. Südabə Şirəliyeva qeyd edib ki, əsas məqsədin ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət nəticəsində son 10 ildə Azərbaycanın əldə etdiyi və yeni inkişaf mərhələsinə qədəm qoyması, iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, ölkəmizin daha da qüdrətlənməsi, əhalinin sosial rifahının yüksəlməsi, Azərbaycanın beynəlxalq əhəmiyyətli iri layihələrin təşəbbüskarına və əsas iştirakçısına, dünyada nüfuzu gündən-günə artan dövlətə çevrilməsini region qadınları ılə müzakirə edib, əldə edilmiş nailiyyətlri təşviq etməkdir.
Mərkəzin gender məsələlələri üzrə eksperti Sevda Məmmədova region qadınlarının biznes bacarıqlarının artırilması üçün bəzi təkliflər irəli sürüb. Kürdəmir rayon qadınlarını maraqlandıran suallara cavab vermişdir.
Konfransda rayonun ictimai həyatında fəallığı ilə tanınan və seçilən qadınlar iştirak etdiyi üçün onlar region qadınlarını narahat edən sulara cavab tapmağa çalışmış, arzu və istəklərinin əlaqədar dövlət qurumlarına çatdırılmasını xahiş etmişlər. Region qadınlarının əsas istəklərindən biri “Region qadınları və güzəştli kreditlər ”, eyni zamanda girovsuz, uzun müddətli az faizli kreditlərin verilməsi üçün xüsüsi proqramın işlənib hazırlanması və hayata keçirilməsi olmuşdur.Bunu arzu etdiklərini bildirmişlər. Onlar hesab edir ki, region qadınları güzəştli kredıt ala bilərlərsə regionların social –iqtisadi inkişafıda daha fəal iştirak edərlər.Bu da qeyri neft sektorunun inkişafina öz təsirini göstərər.Eyni zamanda regionda sahibkarlıqla məşğul olmaq istəyən qadınların bacarıqlarının artırılması üçün də layıhələrin keçirilməsinin vacibliyini qeyd etmişlər.
Konfransın sonunda “Qadın və Müasir Dünya” Mərkəzinin direktoru Südabə Şirəliyeva region qadınlarının arzu və istəklərinin, təkliflərinin Azərbaycanın dövlət orqanlarına və əlaqədar nazirliklərə çatdirilması üçün təkliflər paketini işlənib hazırıayacaqlarını bildirib.