Şriftin ölçüsü :

Saytın rəngi :

17 noyabr Milli Dirçəliş günü

17 noyabr 2012 | 16:00

16 noyabr 2012-ci il tarixdə Kürdəmir rayon Gənclər evində 17 noyabr Milli Dirçəliş günü münasibəti ilə konfrans keçirilmişdir.
Konfransda rayon İcra Hakimiyyətinin rəhbərliyi, ağsaqqallar, ziyalılar, rayonun idarə və müəssisələrinin nümayəndələri iştirak etmişdir.
Konfransa giriş sözü ilə rayon İcra Hakimiyyəti Başçısının İctimai siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov açaraq 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü, o dövrdəki SSRİ-i rəhbəri M.Qarbaçovun bu məsələlərə biganə münasibəti, keçmiş sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə qarşı xalqın narazılığı barədə məlumat vermiş və Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ən ağır vaxtlarında 2-ci dəfə siyasi hakimiyyətə qayıdışı, apardığı uzaqgörən və məqsədyönlü uğurlu siyasəti ilə xalqı düşmüş olduğu ağır vəziyyətdən çıxarması və aparılan bu uğurlu siyasətin Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirildiyini bildirmiş və bütün sahələrdə böyük sıçrayışla irəliləyən müasir Azərbaycanın iqtisadi uğurları barədə məlumat vermişdir.
Konfransda rayonun Sor-sor kənd tam orta məktəbinin tarix müəllimi Zeynal Səfərov, “Heydər Əliyev” mərkəzinin direktoru Dürriyyə Seyidova, rayon gənclərindən Daşqın Rüstəmov, Xəyyam Səlimov, 5 saylı uşaq baxçası və körpələr evinin müdiri Elmira Süleymanova, Uşaq kitabxanasının müdiri Xatirə Soltanova çıxış etmişlər.
 

Keçidlər