Kürdəmirdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təntənəli bayram şənliyi keçirilib
İyunun 1-də rayonun Heydər Əliyev Parkında “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram şənliyi təşkil olunub.
Tədbirdə rayon İcra Hakimiyyətin Başçısının müavini Vəsilə Əsgərli, təhsil və mədəniyyət işçiləri , rayonun ümumtəhsil məktəblərinin şagirdləri və uşaq bağçalarının tərbiyəçiləri və körpə fidanlar ıştirak etmişlər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli körpə fidanları öz ürək sözlərilə təbrik edərək söyləyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidir" tələbi ölkədə real tətbiqini tapır. Bu işdə Heydər Əliyev Fondunun və onun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük diqqətlə yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. Kürdəmir Rayon İcra Hakimiyyətidə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq rayon ərazisində 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisinə başlayıb. Vəsilə Əsgərli çıxışını Ümummilli Liderimiz Heydər Əliyevin müdrük kəlamları ilə bitirmiş, uşaqlara xoşbəxt günlər,firavan həyat, işıqlı sabahlar arzulayıb.
Bağça uşaqları və məktəblilərin tədbirdə nümayiş etdirilən əl işlərindən ibarət rəsm sərgisi də iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir uşaqların ifalarında təqdim olunan maraqlı mahnı və rəqslərlə başa çatmışdır.