Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda keçirilən idmanın Futbol növü üzrə rayon çempionatına yekun vurulmuşdur.

13 noyabr 2012 | 16:00

Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 12 sentyabr 2012-ci il tarixli 183 saylı Sərəncama əsasən rayonun mərkəzi stadionunda keçirilən idmanın Futbol növü üzrə rayon çempionatına yekun vurulmuşdur.
Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə, təşkilatlar və məhəllə komandaları arasında keçirilən rayon çempionatı 26 sentyabr 2012-ci il tarixdən 12 noyabr 2012-ci il tarixədək davam etmişdir.
Çempionatda rayonun idarə, müəssisə və təşkilatalrından 19 komanda iştirak etmişdir.
Finalda Olimpiya Kompleksi ”nin komandası ilə “Bazar” məhəllə komandaları mübarizə aparmış və nəticədə Olimpiya Kompleksi ”nin komandası qalib olmuşdur.
26 sentyabr 2012-ci il tarixdən 12 noyabr 2012-ci il tarixədək davam edən futbol çempionatında I yeri Olimpiya İdman kompleksinin futbol komandası, II yeri “Bazar” məhəllə futbol komandası, III yeri Peşə liseyi futbol komandası tutmuşdur.
Çempionatda fərqlənəın ən yaxşı hücumçu kimi Salmanov Emil (“Bazar” komandası.), ən yaxçı müdafiəçi Abdullayev Vasif ( “ Peşə liseyi” komandası.), ən yaxşı qapıçı kimi Qasımov Nəriman ( “ Peşə liseyi” komandası.) rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən pul mükafatı ilə mükafatlandırılmışlar.
Yarışın qalibi Olimpiya İdman Kompleksiin komandasına çempionatın kuboku təqdim olunmuşdur. Fərqlənən komandalara Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Cənab İrşad Əliyev tərəfindən pul mükafatları təqdim olunmuşdur.

 

Keçidlər