Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub

10 may 2015 | 15:00

Mayın 10-da - Dahi rəhbərin doğum günündə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP-ın üzvüləri , rayon ictimaiyyətinin nümayəndələri,  əmək kollektivləri və rayon sakinləri  Ulu Öndərin adını daşıyan parkda ucaldılmış Ulu Öndərin abidəsi önünə  saysız-hesabsız gül-çiçək dəstələri düzdülər və onun  nurlu, işıqlı xatirəsini bir daha ehtiramla yad etdilər.
Sonra tədbir  iştirakçıları Heydər Əliyev Mərkəzinə daxil olaraq Ulu Öndərin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən foto-stendlərə,bir-birindən maraqlı eksponantlara böyük qürur hissi ilə tamaşa etdilər.

Keçidlər