Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə tədbir keçirilib

09 may 2015 | 15:00

Mayın 9-da rayonun Qələbə parkında Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə 1941-45-ci illərdə Böyük Vətən Müharibəsində iştirak etmiş kürdəmirli veteranlarla birgə ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayon rəhbərliyi, müharibə veteranları, hüquq-mühafizə orqanlarının, idarə , müəssisə və təşkilatların  rəhbərləri ,pedaqoji kollektivlər, mədəniyyət və səhiyyə işçiləri,ümumtəhsil məktəblərinin şagirdləri Böyük Vətən Müharibəsində həlak olmuş kürdəmirlilərin xatirə abidəsi kompleksi   önünə topalaşmışlar.
Mərasimə gələn rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Böyük Vətən Müharibəsi veteranları ilə səmimi görüşərək onları ürəkdən salamlamış,hər birinə uzun ömür ,can sağlığı arzulamış , onların istək və problemlərilə maraqlanmışdır.
Sonra tədbir iştirakçıları Böyük Vətən Müharibəsində həlak olmuş kürdəmirlilərin xatirə abidəsi kompleksi və həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin büstü önünə əklillər və tər çiçəklər qoyulmuşdurlar.
Mərasimdə “Gənc Heydərçilər” müharibə veteranlarını ədəbi-bədii kompozisiya ilə salamlamışlar.Bayram iştirakçıları rayon incəsənət ustalarının ifa etdikləri vətənpərvərlik mahnılarını da maraqla qarşılamışlar.
Yekunda Böyük Vətən Müharibəsi veteranlarına Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə yubiley medalları təqdim edilmiş, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı tərəfindən maddi yardımlar göstərilmiş, eyni zamanda tədbirdə iştirak edə bilməyən xəstə müharibə veteranlarına baş çəkilmiş, onlara şəfa dilənmiş və bayram münasibətilə təbrik edilmişlər.

Keçidlər