Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə möhtəşəm konsert keçirilib

07 may 2015 | 15:00

Mayın 6-da Kürdəmir şəhərinin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə rayon İcra Hakimiyyəti və İctimai Televiziya və Radio Yayımları Şirkəti maraqlı konsert proqramı təşkil etmişlər.
Bayram konsertində rayon  rəhbərliyi, Respublikamızın tanınmış incəsənət ustaları və rayon sakinləri iştirak etmişlər.
Rayon  sakinlərinin coşğusu ilə qarşılanan konsert proqramında xalq artistləri Zaur Rzayev, Niyaməddin Musayev, əməkdar artistləri Firuzə İbadova, Cavanşir Məmmədov , Mətanət İsgəndərli, Vasif Məhərrəmli, Teymur Əmrah, müğənnilər Günel Məhərrəmli, Zamiq Hüseynov, Gülay Zeynalova və digər mədəniyyət xadimləri çıxış edərək kürdəmirliləri  bayram münasibətilə təbrik ediblər.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər