Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə kitab bayramı keçirilib

05 may 2015 | 15:00

Mayın 5-də rayonun Gənc Heydərçilər parkında  Ümummilli Liderimiz Heydər Əliyevin 92 illik yubileyinə həsr edilmiş “Əbədilik zirvəsi ” adlı VII Ümumrespublika Kitab Bayramı keçirilib.
Kitab bayramında YAP Kürdəmir rayon  təşkilatının sədri   Ağali Kərimli, Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev , rayon ziyalıları , təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, gənclər  iştirak ediblər.
Tədbirin keçirildiyi  parkın ən görkəmli yerində Ulu Öndər Heydər Əliyevin kitabla bağlı fikirlərini əks etdirən şüarlar və plakatlar asılmış, kitabsevərlərə xatirə döş nişanları və kitabxananın bukleti paylanılmışdır.
Tədbiri giriş sözü ilə açan rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyevə kitabsevərləri salamlayaraq bildirdi ki, kitab mədəniyyətin silahı, biliyin mənbəyi, təhsil, tərbiyə və informasiyanın əsas aparıcı vasitəsidir və kitab insanların biliyə, zəkaya, müdrikliyə, kamala doğru gedən yolunu işıqlandırdır və o, çıxışının sonunda tədbir iştirakçılarını kitabla dost olmağa çağırdı.
Sonra YAP Kürdəmir rayon  təşkilatının sədri   Ağali Kərimli çıxış edərək öz adından və rayon İcra Hakimiyyətinin Başçısı adından Kitab bayramı və Ulu Öndər Heydər Əliyevin 92 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi və kitabın elm, bilik, zəka mənbəyi olmasından söhbət açdı və iştirakçılara kitab oxumağı tövsiyə etdi. Bayramda iştirakçılara rayon üzrə ilin ən fəal oxucuları təqdim edildi. Babayev Arif Elşən oğlu və Mustafazadə Nəcibə Nəsimi qızı Kürdəmir rayon MKS – in fəxri fərmanı ilə təltif olundular və hədiyyələrlə mükafatlandırıldılar.
Tədbirdə rayon üzrə “Ən fəal kitabxana” nominasiyası üzrə qalib Yenikənd kənd kitabxanasının müdiri A.Abduləzizova da  MKS – in fəxri fərmanı ilə təltif olundu.  Kitab bayramında Kürdəmir rayon uşaq incəsənət məktəbinin şagirdləri və rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin iştirakı ilə təqdim edilən musiqi nömrələri və rəqslər, Ulu öndər Heydər Əliyevə həsr edilmiş ədəbi kompozisiya və intellektual oyunlar və viktorinalar  tədbiri daha da rəngarəng etdi. Sonda aparıcı tədbiri yekunlaşdıraraq iştirakçıları Ulu Öndər Heydər Əliyevin 92 illik yubileyi münasibətilə təşkil edilmiş kitab sərgisinə baxmağa dəvət etdi. Kitab bayramında “Heydər Əliyev - 92”, “Heydər Əliyev və dövlət quruculuğu”, “Müstəqilliyimiz əbədidir”, “Müqəddəs qayıdış”, “Dünya şöhrətli siyasətçi”, , “Nəsillərə örnək şəxsiyyət”, “Heydər Əliyev yolu ilə”, “Müqəddəs ailə”, “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev və milli mənəvi dəyərlər”, “Diyarşünaslıq” , “Rayonumuzun yazarları”, “Qarabağım qan yaddaşım”, “Azərbaycan tarixi” və sair başlıqlar altında 2000 – dən çox ədəbiyyat nümayiş etdirildi.
Sərgidə iştirakçılar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu il yubileyləri keçiriləcək görkəmli şəxsiyyətlərin əsərlərindən ibarət müxtəlif başlıqlar altında sərgilənən ədəbiyyatlarla da tanış oldular.

Keçidlər