Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Şahin” hərbi - idman oyunları üzrə zona yarışı keçirlib

22 aprel 2015 | 15:00

Aprelin 22-də Mərkəzi Rayon Stadionunda  “Şahin” hərbi-idman oyunlarının zona birinciliyi keçirilib.
Hərbi idman yarışında Ağsu, Ağdaş,  Şamaxi,  Qobustan, Göyçay,  Fizulu, Zərdab, Goranboy, İsmayilli  və Ucar rayonlarının orta məktəb komandaları iştirak etmişlər.
Komandalar sıra hazırlığı, avtomat sandığın patronla doldurulub və boşaldılması, bu silahın sökülüb yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, sanitarların yarışı, mülki müdafiə hazırlığı üzrə bacarıqlarını nümayiş etdirmişlər.
Ağdaş komandası birinci, İsmayıllı məktəbliləri ikinci yeri tutaraq Bakı şəhərində keçiriləcək “Şahin” hərbi idman oyunlarının final mərhələsində iştirak etmək hüququ qazanmışlar.

Keçidlər