Kürdəmir rayonunda 12 noyabr Konstitusiya günü qeyd edildi.
12 noyabr 2012-ci il tarixdə Kürdəmirdə Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının qəbul olunmasının 17-ci ildönümü münasibəti ilə təntənəli ümumrayon tədbiri keçirilmişdir.Tədbirdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə rəhbərləri, əmək kollektivlərinin nümayəndələri iştirak edirdi.Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsi önünə gül dəstələri düzdülər.Tədbir “Gənclər Evi”nin akt zalında davam etdirildi.Yığıncağı giriş sözü ilə açan tədbirin aparıcısı Ağali Kərimli bildirdi ki, xalqımızın ən yeni tarixində özünə layiqli yer tutan əlamətdar günlərimizdən biri də 12 Noyabr – Konstitusiya günüdür. Azərbaycan xalqının əsrlərlə arzusunda olduğu azadlıq , müstəqillik amallarını gerçəkləşdirən, onun gənc, lakin qüdrətli dövlət quruculuğu sahəsində bütün səylərinə istiqamət verən, Ulu öndərimiz Heydər Əliyevin banisi olduğu Konstitusiyamız bugünki sabitliyimizin , dövlət müstəqilliyimizin qarantıdır.Heydər Əliyev hakimiyyətə qayıdışının ilk günlərindən ölkədə zəruri islahatlar aparmağa başladı . 1995-cı ilin may ayında yeni Konstitusiyanın layihəsini hazırlayıb ümumxalq müzakirəsinə verdi .1995-ci il 12 Noyabr- Konstitusiyamızın referendum yolu ilə qəbul edilməsi günü xalqımızın həyatında tarixi bir gün oldu.Milli Konstitusiyamız bu gün çiçəklənən, inkişaf edən Azərbaycanımızın yollarına işıq salır. Qanunlarımızın aliliyi dövlətimiz, eləcə də hər bir vətəndaşımız tərəfindən qorunur. Qanunlara hörmət, dövlətə sədaqət, Vətənə məhəbbət hər bir azərbaycanlının həyat amalına çevrilir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ölkəmizdə apardığı uğurlu islahatlar xalqın sosial-rifah halının yaxşılaşamasına xidmət etməklə Qanunlarımızın aliliyinə söykənir.A.X.Kərimli tədbir iştirakçılarını ürəkdən təbrik edərək onlara dövlətçilik fəaliyyətlərində uğurlar arzuladı.Tədbirdə “Qanunun aliliyini təmin etmək hər kəsin vətəndaşlıq borcudur” mövzusunda rayon Prokurorunun müavini Eynulla Qasımov, “Heydər Əliyev – Milli Konstitusiyamızın banisidir” mövzusunda rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev, “Sosial təminat və istirahət hüquqları” mövzusunda rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Samir Nuriyev, “Təhsil və uşaq hüquqları” mövzusunda Sor-Sor kənd tam orta məktəbinin direktoru Zeynal Səfərov çıxış etdilər.