Kürdəmirdə narkomaniya və dini radikalizmə qarşı mübarizə məsələlərinə həsr olunmuş növbəti maarifləndirmə tədbiri keçirilib
Aprelin 22-də rayonun “Gənclər Evi”ndə Kürdəmir rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə gənclər narkomaniya, dini radikalizm və onların zərərli təsiri mövzusunda maarifləndiriliblər.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, rayonun dini icmalarının rəhbərləri, ağsaqqallar, dindarlar, gənclər, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etmişlər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Nizami Məmmədov , Kürdəmir rayon “İmam Rza” məscidinin axundu Fizuli Cəfərov və rayon ağsaqqallar şurasinin sədr əvəzi Ayət Nəsirov narkomaniyanın yayılmasına, dini radikalizmə qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkmiş, bu işdə müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulamışlar.
Sonda belə görüşlərin mütəmadi olaraq təşkil ediləcəyi diqqətə çatdırılmış, tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.