Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Şahin Hərbi-idman oyunu keçirilib

08 aprel 2015 | 15:00

Aprelin 8-də Kürdəmir rayon Mərkəzi stadionunda rayonun ümumtəhsil məktəblərinin iştirakı ilə “Şahin” Hərbi-İdman  oyunu keçirilib. Yarışda 43 ümumtəhsil məktəblərinin komandaları iştirak etmişdir.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və dövlət bayrağı qaldirildi.  Sonar yarış açıq elan olunaraq mərhələlərə start veildi. Sıra hazırlığını Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin zabitləri qəbul etdi. Sonra komandalar növbəti mərhələlərə buraxıldı. 8 mərhələdə keçirilən  yarışın yekun nəticələri aşağıdaki kimi müəyyən olundu. Cöhranlı kənd tam orta məktəbin şahinləri I yeri, şəhər 6 saylı tam orta məktəbin şahinləri II yeri, şəhər 1 saylı tam orta məktəbin şahinləri III yeri tutmuşlar.
Qalib komandalara mükafatlar və fəxri fərmanlar təqdim olunmuşdur.

Keçidlər