Kürdəmirin çağrışçı gəncləri hərbi xidmətə yollanmışlar
Aprelin 3-də rayonun Heydər Əliyev Parkında Kürdəmirin çağrışçı gənclərinin təntənəli surətdə hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar və gənclər, valideynlər çağrışçı gəncləri hərbi xidmətə yola salmağa gəlmişdilər.Şən və oynaq musiqi sədaları ətrafa yayılmışdı.
Tədbir iştirakçıları, o cümlədən çağrışçı gənclər Ulu Öndər Heydər Əliyevin abidəsi önünə təzə-tər gül-çiçək dəstələri qoymuşlar.
Mərasimin açılışı zamanı Azərbaycanın Dövlət himni əzəmətlə səslənmişdir.
Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəis əvəzi Rauf Mürsəlov açaraq Azərbaycan ordusunun keçdiyi tarixi yol haqqında geniş məruzə etmişdir.
Valideynlər adından çıxış edən Əliyusif Əsədov, adlı-sanlı əməkçi qadın Sevil Osmanova və başqaları çıxış edərək əsgəri xidmətə yola düşən çagrışçılara xeyir -dualarını vermiş,onlara öz məsləhət və tövsiyyələrini bildirmişlər.
Mərasimdə çağrışçılar adından Fərid Babayev çıxış edərək , ana vətəni laiqincə qoruyacaqlarını, nümunəvi əsgər olacaqlarını ,doğma yurdun, el-obanın valideynlərinin onlara olan inamını daim yüksək səviyyədə doğruldacaqlarını böyük inam hissi ilə ifadə etmişdir.
Tədbirdə iştirak edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısnın İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli öz çıxışnda hərbi xidmətə yola düşən gəncləri , onların valideynlərini təbrik etmiş, vətən naminə böyük fədakarlıq göstərməkdə, ordu quruculuğu sahəsində Ulu Öndərin ideyalarını , eləcə də layiqli siyasi davamçı, Ali Baş Komandan Prezident İlham Əliyevin Milli ordumuzun daim möhkəmlənməsi üçün göstrədiyi diqqət və qayğılara əməli işlərlə, nümunəvi xidmətləri ilə cavab verəcəklərini inamla bildirmişdir.Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın hərbi ənənələrinin qorunmasına önəm verərək hakimiyyətinin bütün dövrlərində gənclərimizin hərb işinə marağının gücləndirilməsinə ciddi diqqət yetirmişdi. O, qeyd edirdi ki, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır. "Silahlı Qüvvələrin hər bir hərbi qulluqçusu "Vətənə, xalqa, dövlətə xidmət bizim ömrümüzün mənasıdır" - devizini dərk etməli, bu amalla yaşamalı və vicdanla xidmət etməlidir.
Sonra çağrışçılar məşhur “Azərbaycan “mahnısının sədaları altında Azərbaycan bayrağını öpərək , onun altından keçib hərbi xidmətə yola düşmüşlər.
Tədbir rayon incəsənət ustalarının verdiyi maraqlı konsertlə başa çatmışdır.