Şriftin ölçüsü :

Saytın rəngi :

Əsgərlərlə görüş keçirilib

19 mart 2015 | 16:00

Martın 19-da Kürdəmirdə Azərbaycan xalqının milli bayramı - Novruzun gəlişi münasibətilə rayon ərazisində yerləşən N saylı hərbi hissənin zabit və əsgərləri ilə görüş keçirilib.
Tədbirdə rayon rəhbərliyi, gənclər, ziyalılar, rayonun mədəniyyət və incəsənət ustaları iştirak etmişlər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin  İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli “N”- saylı Hərbi Hissənin şəxsi heyyətini salamlayıb və onları rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından  təbrik edib. O qeyd edib ki, dövlət başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Milli Ordumuzun getdikcə gücləndiyini, işğal olunan torpaqlarımızın azad olunacağı günün uzaq olmadığını vurğuladı.
Tədbir rayon Mədəniyyət və turizm şöbəsinin nəzdində fəaliyyət göstərən hərbi hamilik koordinasiya şurası üzvlərinin rəngarəng konsert proqramları ilə davam edib.
Tədbirdə rayon incəsənət ustalarından Saməddin Əsgərov, Nəsrulla Məmmədov və gənc istedad  Ramil Rəhimli çıxış etmişlər.
Yekunda  Hərbi Hissənin nümayəndələri çıxış edərək rayon rəhbərliyinə və musiqiçilərə, ümumilikdə tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər