Kürdəmirdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd edildi.
2012-ci il 8 noyabr tarixdə Kürdəmirdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş ”Dünyanın ən uca bayragı” adlı ümumrayon tədbiri keçirilmişdir.
Şəhərin mərkəzində Bayraq Meydanı və park bayramsayağı bəzədilmiş ,şəhərin küçələrində çoxsaylı bayraqlar asılmış,şüar və plakatlar vurulmuşdur.Bayraq Meydanının ətrafı Ulu Öndər Heydər Əliyevin və ölkə Prezidentinin Cənab İlham Əliyevin böyük portretləri asılmışdır.Tədbirdə idarə ,müəssisə,təşkilat rəhbərləri,əmək kollektivlərinin nümayəndələri,təhsil,səhiyyə,mədəniyyət işçiləri,rayon ziyalıları,ağsaqqallar,gənclər və rayon rəhbərliyi iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş,abidənin önünə tər çiçəklər düzərək Böyük Öndərə öz dərin ehtiramlarını bildirmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Cənab İrşad Əliyev giriş nitqi söyləyərək bildirmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə ,milli –mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cumhuriyyəti Hökümətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Həmin bayraq 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.
Hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev rayon sakinlərinin bu gözəl bayramı günü münasibəti ilə təbrik etmişdir.
Dövlət Bayrağı Günü münasibətilə Yeni Azərbaycan Partiyasının fəalları ,rayonun bir qrup gəncləri şəhərin Vağzal meydanınından əllərində Dövlət Bayraqları ilə yürüşə başlayaraq,Heydər Əliyev prospekti boyunca Bayraq Meydanına doğru hərəkət etmişdir.Yürüş iştirakçılarının meydanda ucaldılmış bayraq ətrafında dövrə vuraraq tədbir iştirakçılarını təbrik etmiş,onlara kiçik ölçüdə dövlət bayraqları paylamışlar.Tədbir rəngarəng konsert proqramı ilə davam etmişdir.