Kürdəmirdə 565 məcburi köçkün ailəsinə yardım edilib
18 mart 2015 | 16:00
Martın 17-də Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə rayon İcra Hakimiyyətinin və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə görüş keçirilib.
Kürdəmir Peşə Liseyində keçirilən görüşdə rayon İcra Hakimiyyəti Başçısının İctimai-siaysi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli, Ədliyyə Nazirliyinin əməkdaşları Mübariz Məmmədov və İlham Məmmədov, Kürdəmir rayon Məhkəməsinin sədri Sulduz Ləzimov məcburi köçkün ailələrini əlamətdar gün münasibətilə təbrik etmişlər.
Görüşdə 565 məcburi köçkün ailəsinə yardım paylanıb.