Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Kürdəmirdə 32 min ədəd ağac əkiləcək

14 mart 2015 | 16:00

“IDEA” İctimai Birliyinin təşəbbüsü ilə reallaşan “Ümumrespublika yaşıllaşdırma” marafonunun ikinci mərhələsi çərçivəsində Kürdəmir rayonunda ağacəkmə aksiyasına start verilib.

Ekoloji mühitin qorunması, yaşıllıq sahələrinin artırılması məqsədilə keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri fəal iştirak edirlər.

Son beş gündə rayon ərazisində, o cümlədən küçə və parklarda, yol kənarlarında 2300-dən çox müxtəlif növ ağac əkilib. Aksiyada hər gün orta hesabla 500 nəfərədək adam iştirak edir.

May ayınadək davam edəcək marafonun ikinci mərhələsində, ümumilikdə, rayonda 16,8 min ədəd ağacın əkilməsi nəzərdə tutulur. “Ümumrespublika yaşıllaşdırma” marafonunun payızda keçirilən birinci mərhələsində isə rayon ərazisində 16 mindən çox ağac əkilib.

Keçidlər