Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı faciəsi uşaqların gözü ilə”

25 fevral 2015 | 16:00

Fevralın 25-də Kürdəmir şəhər 3 saylı körpələr evi – uşaq bağçasında  Xocalı faciəsinin 23 -cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, rayonun bütün  bağçalarının kollektivləri və uşaqları iştrak ediblər.
Tədbir   iştirakçıları  əvvəlcə torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması yolunda canlarından keçmiş şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Azərbaycana qarşı ərazi iddiası irəli sürən, torpaqlarımızın 20 faizini işğal edən və etnik təmizləmə siyasəti aparan ermənilərin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək silahsız əhaliyə qarşı qətliam törədiklərini,bu soyqırımın yalnız Azərbaycan xalqının deyil, eyni zamanda, bütün dünya xalqlarının faciəsi olduğunu bildirdi. Azərbaycanlıların harada yaşamasından asılı olmayaraq, bu faciənin unudulmaması üçün əllərindən gələni etməli və dünya ictimaiyyətinə Xocalı soyqırımının əsl mahiyyətini çatdırmalıdırlar.O öz çıxışında, Xocalı faciəsinin dünyada tanınması üçün Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işləri yüksək dəyərləndirb.
Tədbirdə rayonun bütün  bağçalarının uşaqları iştirak edərək Xocalı  faciəsi  ilə əlaqədar səhnəciklər təqdim etmiş, şeirlər söyləmiş, müxtəlif  ədəbi-bədii  kompozisiyalar nümayiş etdirmişlər.

Keçidlər