Kürdəmir rayonuunda Köhnəbazar kənd tam orta məktəbinin “130 illik” yubley tədbiri keçirilmişdir.
2012-ci il 31 oktyabr tarixdə Kürdəmir rayonu V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbinin “130 illik” yubleyi tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev ,agsaqallar ,ziyalılar,valideynlər,pedaqoji kollektivin nümayəndələri, məzunlar və şagirdlər iştirak edirdilər. Rayon rəhbərliyi və qonaqlar ilk öncə məktəbin ərazisində aparılmış quruçuluq abadlıq işləri ilə tanış oldular. Məktəbdə yeni salınmış idman meydançası, hərbi idman oyunlarının keçirilməsi məqsədilə təşkil edilmiş ərazi, məktəblilərin istirahəti üçün qurulmuş park və bulaq, aparılan yaşıllaşdırma işləri bütün iştirakçıların ürəyincə olmuşdur. İştirakçılar məktəbdin 130 illik fəaliyyətini özündə cəmləşdirən yeni hazırlanmış guşə ilə tanış oldular.Tədbir məktəbin akt zalında davam etmişdir. Tədbiri məktəbin direktoru Zülfi Zahidov açaraq qonaqları salamlamış və məktəbin tarixi barədə məlumat verərək bildirmişdir ki,məktəb 1881-ci ildə Kürdəmir rayonunda ilk məktəb olaraq fevral ayının 9-da fəaliyyətə başlamışdır.İlk dərs günündə 18 nəfər şagird təhsil almışdır.1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra Kürdəmirdə yaşayan 23 yaşlı Məhəmməd Hadi də bir müddət burda dərs demişdir. Direktor Köhnəbazar kənd məktəbi kimi tanınan məktəbin məşhur məzunlarından cografiya elmləri doktoru Osman Osmanov,biologiya elmləri doktoru Qara Mustafayev,filologiya elmləri doktoru Fəxrəddin Veysəlov ,texnika elmləri namizədi Agaməhəmməd Kərimov, kimya elmləri namizədi Abdulla Abdullayev,iqtisadi elmləri namizədi Akif Məmmədov,fiologiya elmləri namizədi Vaqif Verdiyev və başqalarının adlarını qeyd edərək məktəbin hazırki vəziyyəti, əldə edilmiş nailiyyətləri barədə geniş məlumat vermişdir. Məktəbin məzunları cıxış edərək ,tədbirin iştirakçılarına öz minətdarlıqlarını bildirdilər. Tədbirdə məktəblilər rəngarəng musiqi nömrələri ilə çıxış etdilər.
Yekunda rayon icra hakimiyyətinin Başçısı İrşad Əliyev çıxış edərək, ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən Respublikada bütün sahələrdə aparılan iqtisadi ugurlardan söhbət açmış, təhsilə göstərilən diqqət və qaygını xüsusi ilə qeyd etmişdir.