Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda əhalinin tibbi müayinəsinə başlanılıb

06 fevral 2015 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 2-dən başlayaraq respublikanın hər yerində olduğu kimi, Kürdəmirdə də əhalinin tibbi müayinəsinə başlanılıb. Bununla əlaqədar Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmış və bu işlər davam etdirilir. Dispanserizasiyaya Mərkəzi Rayon Xəstəxanasının və poliklinika şöbəsinin həkim briqadaları cəlb edilmişdir.
MRX, MRX  Poliklinika şöbəsi, Karrar və Mollakənd həkim məntəqəsində, Qarasaqqal, Topalhəsənli, Yenikənd, Xəlsə, Sığırlı, Şilyan tibb məntəqələrində idarə, müəssisə və təşkilatların bütün əməkdaşları, o cümlədən rayonun qəsəbə və kəndlərinin sakinləri yerlərdəki tibb məntəqələrində həkim briqadaları tərəfindən tibbi müayinədən keçiriləcəklər. Tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə  səyyar həkim briqadalarının da təşkil olunub.
Fevralın 2-dən etibarən artıq rayon üzrə iki min nəfərdən çox insanın  müayinələrdən keçməsi təmin olunub.

Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.

Keçidlər