Kürdəmirdə Gənclər Günü qeyd olunub
Yanvarın 31-də rayonun Heydər Əliyev Mərkəzində 2 fevral ümumrespublika Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirilib.
İlk öncə tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər-çiçək dəstələri düzdülər.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Həsənov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi böyük diqqət və qayğısından və son illərdə gənclərimizin müxtəlif sahələrdə qazandığı uğurlarından danışıb.
Tədbirdə ”Müasir təhsilimizdə gənc müəllimlərin rolu” mövzusunda Kurdəmir şəhər 2 saylı tam orta məktəbin müəlliməsi Ülviyyə Şükürova, “Sağlam olkənin sağlam gəncliyi” mövzusunda Kurdəmir rayon səhiyyə şöbəsinin gənc həkimi Ramin Kərimov, “Biz gənclər Heydər Əliyev yolunun davamçılarıyiq” mövzusunda Kurdəmir rayon YAP-nin baş təlimatçısı Məhəmməd Heydərli çıxış edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə də, indi də gənclər siyasətinə xüsusi diqqət yetirildiyi, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi proseslərdə həmişə fəal iştirak etdikləri vurğulandı. Çıxışlarda xüsusilə vurğulandı ki, Ulu Öndərimiz Heydər Əliyevin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən Azərbaycan gəncləri Prezident İlham Əliyev ətrafında sıx birləşərək, Vətənimizin tərəqqisi naminə var qüvvə ilə çalışırlar.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tacəddin Novruzov rayon gənclərini salamlayaraq onları Gənclər Günü münasibəti ilə təbrik etdi və ölkəmizdə gənclər siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyduğunu bildirdi. O, öz çıxışında Ulu Öndərin gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirdiyini, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdiyini, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndiririb. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. İndi bu proqram Çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.
Tədbirdə il boyu müxtəlif sahələr üzrə fərqlənən gənclərə hədiyyələr təqdim edilib.