Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər ölməz, Vətən bölünməz

18 yanvar 2015 | 16:00

Yanvarın  17-də Kürdəmir rayon Mərkəzi kitabxanasında  20 Yanvar hadisələrinin 25-ci il dönümünə həsr  olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı  tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, rayon YAP Qadınlar şurası idarə heyətinin üzvü Elmira Şixəliyeva, mərkəzi kitabxananın fəal oxucuları və işçiləri iştirak edirdilər.
Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri MKS – nin direktor müavini İradə Mahmudova açaraq Azərbaycanın xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 yanvar hadisələrindən haqqında məlumat verib.
Sonra Mərkəzi kitabxananın işçisi M.Şirəliyeva “Şəhidlər ölməz, vətən bölünməz”adlı təqdimatla, Uşaq kitabxanasının müdiri X.Soltanova  “O günü, o gecəni unutmayaq” adlı məruzə ilə və  YAP Qadınlar şurası idarə heyətinin üzvü E.Şixəliyeva “20 yanvar tariximizin qanlı və şanlı səhifəsi” adlı məruzə ilə  çıxış edərək 20 yanvar hadisələrinin   Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktından və bu hadisələrin  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğundan söhbət açdılar.Tədbirdə 20 yanvar hadisələrinə həsr edilmiş səhnələşdirilmiş kompozisiya, Mərkəzi kitabxananın işçisi X.Məmmədovanın ifasında dinlənilən “Şəhidlər xiyabanı” seiri, “Şəhidlərin ilini görən şəhid” adlı film və bu faciəyəyə həsr edilmiş mahnılar tədbir iştirakçılarının böyük marağına səbəb oldu. 
Tədbirin sonunda rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli çıxış edərək 20 Yanvar hadisələrinin 25-ci ildönümü ilə əlaqədar  rayonda həyata keçirilmiş tədbirlərdən, 20 yanvar hadisələrinin Azərbaycanın şərəf və mübarizə tarixində mühüm yeri olduğundan bəhs etdi və  gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması  üçün qarşıda duran vəzifələrdən danışdı. 
Tədbirdə bu faciəni əks etdirən “20 yanvar qan yaddaşımızdır” adlı sərgi də  nümayiş etdirildi.

Keçidlər