Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon Mərkəzi Xəstəxanasında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

17 yanvar 2015 | 16:00

Yanvarın 16-da  Kürdəmir  rayon  Mərkəzi  Xəstəxanasında  rayonun səhiyyə   işçilərinin  iştirakı  ilə  20 Yanvar   faciəsinin  iyirimi   beşinci     ildönümü  ilə   əlaqədar tədbir keçirilib.

Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Nizami Feyzullayev və səhiyyə işçiləri iştirak edirdilər.
Tədbir   iştirakçıları   əvvəlcə    20  Yanvar   faciəsi   qurbanlarının   əziz   xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş nitqi ilə açan Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Feyzullayev 20 Yanvar günü Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olub. Qanlı Yanvar hadisələrinə yalnız Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra tam siyasi hüquqi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.
Yekunda rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli çıxış edərək 20 Yanvar günündə xalqın səsinə səs verən Ümummilli Lider Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq, hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəni törədənləri, o vaxtkı SSRİ rəhbərliyinin cinayətkar əməllərini pisləyib, onları bu faciənin səbəbkarı kimi ittiham edib. Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra mühüm qərarlar verib. Ümummilli Liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 

Keçidlər