Kürdəmirdə Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunmuş zirvə tədbiri keçirildi.
Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə oktyabrın 24-də Kürdəmir rayon təşkilatı zirvə tədbiri keçirmişdir.
Tədbirdə YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə qonaqlar: Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Fərhad Qəribov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatınını məsul işçisi Qalib Əsgərov iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoymuşlar.
Rayon mədəniyyət evində toplaşmış tədbir iştirakçılarını Gənc Heydərçilər Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi münasibətilə təbrik etmişlər.
Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli giriş sözü ilə çıxış etmişdir. O, YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyamızın cəmiyyətdə aparıcı rolundan danışmış, YAP-ın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurlardan bəhs etmişdir.O, vurğulamışdır ki, qarşıdan ölkəmizin taleyi, xalqımızın müqəddəratı baxımından çox mühüm hadisə - 2013-cü ilin Prezident seçkiləri gəlir. Partiyamız sıralarımızda olan 600 mindən çox üzvün istəyini ifadə edərək 2013-cü il Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürəcəyini bəyan etmişdir. Ağali Kərimli əmin etmişdir ki, YAP Kürdəmir rayon təşkilatının üzvləri, bütün Kürdəmirlilər 2013-cü ilin Prezident seçkilərində partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevi dəstəkləyəcəkdir.
Zirvə tədbirində rayon təşkilatının Qadınlar Şurasının sədri Elmira Şıxəliyeva, Gənclər Birliyinin sədri Namiq Tarverdiyev, rayon təşkilatının şura üzvü Qasım Hüseynov, YAP üzvü, Carlı kənd tam orta məktəbinin müəllimi Abduləziz Hüseynov çıxış etmişlər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə çıxış edərək tədbir iştirakçılarını və rayon təşkilatının bütün üzvlərini YAP İcra Katibliyi adından təbrik etmişdir.O qeyd etmişdir ki, hazırda Respublikamızın hər yerində YAP-ın 20 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. YAP-ın yarandığı ərəfədə “91” –lərdən biri kimi rayon və şəhər təşkilatlarının təsis konfranslarında iştirakını və həmin tədbirlərdə xalqın Ümummilli Lider Heydər Əliyevə sonsuz məhəbbət və dərin inamının şahidi olduğunu vurğulayan Vüqar Rəhimzadə, indi partiyanın 20 illik yubiley tədbirlərində də, o cümlədən Kürdəmirdə keçirilən bugünkü yubiley tədbirində iştirak etməsindən fəxr duyduğunu bildirmişdir. Tədbirdə Kürdəmir rayon İcra Hakmiyyətinini Başçısı İrşad Əliyev çıxış edərək bildirmişdir ki, müstəqillimizin ilk vaxtlarında ölkədə yaranan ictimai-siyasi və hərbi durumda Azərbaycanın müstəqilliyini qorumaq, dövlət yaratmaq üçün siyasi partiya lazım idi.Belə taleyüklü, mövcudluğumuz sual altında olduğu bir vaxtda siyasi partiyanın yaranması və formalaşması üçün məhz Heydər Əliyev böyüklüyü və dahiliyi lazım idi.
Ulu Öndərin rəbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətdə öz layiqli yerini tutdu, cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi.YAP yaranmaqla Azərbaycan çətinliklərdən keçdi, inkişaf və tərəqqiyə qovuşdu.Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, YAP-ın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda geniş quruculuq işləri gedir, regionlar o cümlədən rayonumuz sürətlə inkişaf edir, abadlaşır.O, rayon təşkilatının tərkibinin kifayət qədər fəal olduğunu vurğulayaraq qarşıdan gələn Prezident seçkilərində təşkilatın üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əmin olduğunu bildirmişdir.
Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olunmuşdur.
Rayon təşkilatının təşkilatlanmasında rolu olan və ictimai-siyasi həyatında fərqlənən partiyanın bir sıra fəal üzvlərinə Fəxri Fərmanlar təqdim olunmuşdur.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.